Millimizin baş məşqçisi kim olacaq?

Millimizin baş məşqçisi kim olacaq?
Futzal üzrə milli komandamız hələ də baş məşqçisiz qalıb. Tino Peresin komandanı tərk etməsindən sonra baş məşqçi axtarışında olan AFFA və Futzal Federasiyası hələ heç bir mütəxəssislə anlaşmayıb.
Fanat.az xəbər verir ki, millimizin yeni baş məşqçisinin adı yaxın bir həftə ərzində açıqlanacaq. Hazırda bir neçə mütəxəssislə danışıqlar gedir. Onlardan biri ilə anlaşma əldə olunacaq və baş məşqçi postuna təyin ediləcək. 
Baş məşqçi postuna namizədlərin adı məlum deyil. Amma onların əcnəbi olduğu bildirilir.
Qeyd edək ki, bundan əvvəl Kakau və Alesio da Silvanın bu posta namizəd olması ilə bağlı xəbərlər yayılıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər