Millimizin baş məşqçisi istefa verdi

Millimizin baş məşqçisi istefa verdi
Voleybol üzrə milli komandamızın baş məşqçisi Faiq Qarayev istefa verib. Fanat.az xəbər verir ki, bu barədə Türkiyə və Rusiya mətbuatı məlumat yayıb.
Belə ki, voleybol yığmamız Almaniya və İsveçrədə qadın voleybolçular arasında keçirilən Avropa çempionatında keçirdiyi hər 3 oyunda uduzub. Qarayev Xorvatiyayva yenilgidən sonra səhhətini əsas götürərək komandanı köməkçisi Aleksandr Çervyakova tapşırıb. Növbəti iki oyunda Belarus və Rusiyadan alınan məğlubiyyətlər isə baş məşqçinin istefası ilə nəticələnib.
Yığmamızın məşqçisi Aleksandr Çervyakov xəbəri təsdiq edib: "O, çox məyusdu. Bu qərar emosional şəkildə verilib".
Azərbaycan Voleybol Federasiyasının Qarayevin istefasını qəbul edib-etməyəcəyi hələ bilinmir. Buna komanda vətənə döndükdən sonra aydınlıq gələcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər