Millimizin baş məşqçisi iddialı danışdı

Millimizin baş məşqçisi iddialı danışdı

"Güləşçilərimiz hər bir çəki dərəcəsində birincilik uğrunda mübarizə aparacaq. I Avropa Oyunlarına hazırlıq çərçivəsində 17 təlim məşq-toplanışı keçmişik. İdmançılarımız yarışa həm fiziki, həm də texniki cəhətdən yaxşı hazırlaşıb". Fanat.az xəbər verir ki, bu sözləri AzərTAc-a yunan-Roma güləşi üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Cəmşid Xeyrabadi deyib.

Məşqçi bildirib ki, I Avropa Oyunlarına hazırlığı çərçivəsində mayın 7-dən başlayaraq Xaçmaz Olimpiya İdman Kompleksində 10 günlük təlim-məşq toplanışı keçirilir: "Bilirəm ki, güləşsevərlər idmançılarımızdan yüksək nəticələr gözləyir. Amma əvvəlcədən nə isə demək çətindir. Bununla belə bütün çəki dərəcələrində qızıl medallar uğrunda mübarizə aparacağıq və inanıram ki, istəyimizə nail olacağıq. I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkədə bütün idman növlərinin inkişafına təkan verəcək. Bu mötəbər yarışın Azərbaycanda təşkilində əməyi keçən hər bir kəsə minnətdar olmalıyıq".

Tarixdə ilk dəfə təşkil olunacaq I Avropa Oyunlarının güləş yarışlarında qitənin ən güclü 480 pəhləvanı 24 dəst medal uğrunda mübarizə aparacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər