Futzal yığmamızın baş məşqçisi Ziller Junior Milton Luiz (Mitinyo) istefa verib. Fanat.az xəbər verir ki, o, ailə vəziyyətini əsas gətirərək AFFA rəhbərliyindən müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilməsini xahiş edib.
AFFA rəhbərliyi baş məşqçinin xahişini nəzərə alaraq, ona gördüyü işlərə və yığma komandaya qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Braziliyalı çalışdırıcı millinin “sükanı arxası”na 2016-cı ilin mayında gətirilmişdi. Cənubi amerikalı bu postda ispan Tino Peresin xələfiydi.
Fanat.Az