Bu gün Yaxt Klubda Cüdo Federasiyasının tədbiri keçirilib. Fanat.az xəbər verir ki, millimizə yenidən təyin olunan avstriyalı Peter Zayzenbaxer fikirlərini bildirib:
"Bura ikinci dəfə gəldiyim üçün özümü xoşbəxt hiss edirəm. Komanda ilə bir dəfə görüşmüşəm. Bizə indi yaxşı tibbi heyət lazımdır. Bundan sonra Olimpiya oyunlarına hazırlıq üçün 9 ay üçün proqram hazırlayacağam. Əsas odur ki, idmançılar hiss etsin ki, biz onların qayğısına qalırıq".
Zayzenbaxer bundan əvvəl Azərbaycanı tərk etməsi haqda bunları bildirib: "Bizim aramızda problem yox idi. Biz peşəkar şəkildə işlədik. Mənim indi də o rəhbərliklə münasibətim yaxşıdır. Sadəcə Cüdo Federasiyasının rəhbərliyi taktiki dəyişikliyə əl atmağa ehtiyac gördü. Bunun səbəbini artıq həmin rəhbərlikdən soruşsanız, daha yaxşı olardı".
Mən Azərbaycandan ayrıldıqdan sonra şəxsi biznesimlə məşğul olmağa başladım. Dünya Cüdo Federasiyasının əməkdaşları ilə əlaqələrim var. Onlarla əlaqə saxlayırdım.
Xatırlayıram ki, mən o vaxt işləyən vaxt regiondan cəmi 1 komanda vardı. Qalanları Bakıdan idi. İndi istəyirəm ki, regionlarda da güləşçilər
Qeyd edək ki, hələ müqavilənin müddəti gizlədilir. Bununla belə, Peter bildirib ki, maaşı əvvəlkindən aşağı olacaq.//Qaynar.info
Fanat.az