Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 1/8 finalındakı rəqibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, yığmamız Bolqarıstanla qarşılaşacaq. A qrupunun sonuncu oyununda Finlandiyanı 3:0 hesabı ilə məğlub edən bolqarıstanlılar 9 xalla üçüncü olublar.
Qeyd edək ki, Azərbaycan - Bolqarıstan oyunu sentyabrın 1-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
Onu da qeyd edək ki, Bolqarıstan millisi A qrupunda 3-cü, Azərbaycan C qrupunda 2-ci pilləni tutub.
Fanat.Az