Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti və keçirəcəyi oyunların təqvimi açıqlanıb. 

Fanat.Az xəbər verir ki, milli martın 11-dən 14-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.

Komanda martın 14-də, saat 13:00-da “Kapital Bank Arena”da “Sumqayıt”ın U-19 komandası ilə yoxlama oyununda üz-üzə gələcək.

Avropa çempionatı martın 15-dən 25-dək Albaniyada keçiriləcək. U-17 B Liqasının VI qrupunda meydan sahibləri və Uelsin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.

1. Rauf Əyyubov - Sabah 2. Elbrus Kərimov - Marcet (İspaniya) 3. Murad Qurbanov - Zirə 4. Həzrət Səmədov - Sabah 5. Səttar Tahirzadə - Marcet (İspaniya) 6. Tuncay Əhmədov - Marcet (İspaniya) 7. Amin Rzayev - Qarabağ 8. Fərid Cabbarlı - Zirə 9. Nadir Nəsibli - Marcet (İspaniya) 10. Muhamməd Çodarov - Marcet (İspaniya) 11. Tunar Muradov - Turan Tovuz 12. Əli Qazibəyov - Qarabağ 13. İbrahim Babayev - Servette 1890 (İsveçrə) 14. Vüsal Kərimov - Neftçi 15. Abdulaziz Cabbarlı - Qarabağ 16. Ariz Kərimov - Qəbələ 17. Tunar Rzayev - Marcet (İspaniya) 18. İslam Həsənov - Graficar (Serbiya) 19. Əhməd Vəliyev - Qarabağ 20. Əli İbrahim - Qarabağ

Yığmanın oyunlarının təqvimi:

19 mart

18:00. Azərbaycan – Albaniya

“Elbasan Arena”

22 mart

15:00. Uels – Azərbaycan

“Elbasan Arena”

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər