Azərbaycan millisinin UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupundakı gözlənilməz xal itkisi Avro-2028 yolunda vəziyyəti ağırlaşdırıb. Fanat.Az xəbər verir ki, yığmanın doğma meydanda Lixtenşteynlə 0:0 hesablı heç-heçə etməsi riyazi ehtimallara da ciddi zərbə vurub. "Football Meets Data" analitik mərkəzinin yenilənmiş hesablamalarına əsasən, millimizin qrup qalibi olmaq ehtimalı 36,9 faizə qədər geriləyib. Qrupun digər iddialısı Litvanın birinci yeri tutmaq şansı isə 62,3 faizə yüksəlib. Problem təkcə 2 xal itirməklə bitmir. Millətlər Liqasında qrup qalibi olmaq Avro-2028-in pley-off mərhələsinə avtomatik vəsiqə vermir. Bunun üçün Azərbaycan öz qrupunu lider bitirməklə yanaşı, digər qrup qalibləri arasında da ən yüksək reytinqli komandalardan biri olmalıdır. Evdəki xal itkisindən sonra millimizin bu reytinq siyahısında üst sıralarda yer almaq şansı xeyli azalıb. Millimizin qrupda daha iki qarşılaşması qalıb. Yığmamız oktyabrın 4-də Bakıda taleyüklü matçda Litvanı qəbul edəcək, noyabrın 13-də isə Lixtenşteynin qonağı olacaq. Avro-2028 ümidlərini son tura daşımaq üçün Bakıdakı Litva qarşılaşması artıq mütləq qələbə tələb edir. Kamil Xudiyev
Millimizin Avro-2028 şansı əldən gedir?
TREND
Azərbaycan futbolu
10:51
04.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:41
03.10.2026
Həftəsonu oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
00:29
04.10.2026
Dostluq deyib gəldilər, hörmətsizlik edib getdilər
Azərbaycan futbolu
23:56
30.09.2026
"Neftçi"nin Rusiya nəhənginə etdiyi təklif ortaya çıxdı
Oxşar xəbərlər
Azərbaycan futbolu
19:28
05.10.2026
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
Azərbaycan futbolu
18:42
05.10.2026
"Turan Tovuz"un sabiq kapitanı zədələndi
Azərbaycan futbolu
17:45
05.10.2026
"Növbəti qələbəmizi qazanmaq üçün əlimizdən gələni edəcəyik" - "Gəncəbasar"ın baş məşqçisi
Azərbaycan futbolu
17:09
05.10.2026
"Mingəçevir"i təhlil etmişik, necə oynamalı olduğumuzu müəyyənləşdirmişik" - İlham Yadullayev