Bernhard Lippert millimizin baş məşqçi postundan istefa verəcək. Fanat.az xəbər verir ki, bu barədə alman mütəxəssis özü məlumat verib.
AVRO-2015-in seçmə mərhələsinin İsraillə oyunu ərəfəsində mətbuat konfransı keçirən mütəxəssis millidən gedəcəyini açıqlayıb. Lippert bildirib ki, sentyabrın 3-də İsrail, 8-də Portuqaliya ilə keçiriləcək oyunlar onun U-21-də son matçları olacaq: "Mənim AFFA-nın idman direktoru kimi işim onsuz da çoxdu. Klubların idman direktorlarına və PRO lisenziyasına görə cavabdehlik daşıyıram. Ona görə də AFFA rəhbərliyinə yığmadan getmək istədiyimi bildirmişəm. İsrail və Portuqaliya ilə oyunlardan sonra yığmadan ayrılmağı düşünürəm. Futbolçulara da bu barədə məlumat vermişəm".
Fanat.az