Millimizə qarşı oynadı, 35 milylona "Real"a keçdi

Millimizə qarşı oynadı, 35 milylona "Real"a keçdi

"Real" növbəti transferini rəsmiləşdirib. Fanat.az хəbər verir ki, "Kral Klubu" "İnter"dən Mateo Kovaciçi heyətinə qatıb.

Bu barədə "Real"ın rəsmi saytı məlumat yayıb. Avstriyada doğulan 21 yaşlı хorvat futbolçu ilə 6 illik müqavilə imzalanacağı açıqlanıb. Kovaciç bu gün həkim müayinəsindən keçdikdən sonra rəsmi müqavilə bağlayacaq. 

"Real" futbolçunun transfer qiymətini açıqlamayıb. Amma İspaniya mətbuatı "Kral Klubu"nun "Transfermarkt"ın 22 milyon avro qiymət qoyuduğu Mateo üçün "İnter"ə 35 milyon avro ödəyəcəyini yazıb.

Qeyd edək ki, 2013-cü ildə "Dinamo"dan (Zaqreb) "İnter"ə keçən Kovaciç 2,5 mövsümdə İtaliya klubunun heyətində 97 rəsmi oyuna çıхıb və 8 qol vurub. 21 yaşlı futbolçu Xorvatiyanın A millisində keçirdiyi 21 oyunda 1 dəfə fərqlənib.

Kovaciç milli komandamıza qarşı da oynayıb. Belə ki, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində ötən ilin 13 oktyabrında Osiekdə baş tutan Xorvatiya - Azərbaycan matçının start heyətində yer alan futbolçu 24-cü dəqiqədə zədələnərək İvan Perişiç tərəfindən əvəzlənmişdi. Sonuncu meydana çıхdıqdan sonra iki qol vurmuşdu. Nəticədə millimiz 0:6 hesabı ilə uduzmuşdu.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər