Millimizdən tarixi qələbə - Növbəti mərhələnin "qapısını araladılar"

Millimizdən tarixi qələbə - Növbəti mərhələnin "qapısını araladılar"

19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının ilkin mərhələsi çərçivəsində ilk oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, B qrupunda yer alan İlqar Aslanovun baş məşqçisi olduğu millimiz açılış oyununda Kosova ilə qarşılaşıb. 

Hesabı rəqib açsa da, ilk hissənin tamamına 3 dəqiqə qalmış tarazlığı bərpa edən U-19 ikinci yarıda istəyinə çatıb. Üstün oyun sərgiləyən futzalçılarımız rəqibi daha 3 dəfə meydanın mərkəzinə dəvət ediblər.  Beləliklə, turnirə 4:1 hesablı qələbə ilə start verən milli bununla yeni səhifə də açmış olub. Belə ki, buna qədər xal qazana bilməyən U-19 ilk dəfə meydanı qalib tərk etməklə növbəti mərhələyə yüksəlmək şansını da xeyli artırıb.  Komandamız növbəti oyununu sabah – yanvarın 26-da San Marinoya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, Kosova ilk matçında San Marinonu 7:1 hesabı ilə üstələmişdi.

Avropa çempionatı İlkin mərhələ, B qurupu 25 yanvar

Azərbaycan – Kosovo 4:1 (1:1) Qollar: Hüseyn Cəfərzadə, 17:39, Ədalət Ələkbərov, 22:22, 35:47, Rəvan Məsiyev, 31:34 - Valmir Musoli, 5:12. Hakimlər: Radim Cep (Çexiya), Adam Czene-Joo (Macarıstan), Jiri Bergs (Belçika) Hakim-inspektor: Stefan Veber (Almaniya) UEFA nümayəndəsi: Maria Mayans (İspaniya) Timekeeper: Laurentiu İlie (San Marino) Serravalle. Multievent Sport Domus. 

Azərbaycan: 12. Əli Həsənzadə (q), 5. Rəvan Məsiyev, 7. Ədalət Ələkbərov, 10. Nazim Hüseynov, 14. Rəvan Quliyev; 1. Hüseyn Əbdülov (q), 2. Umud Qasımov, 6. Oqtay Mahmudzadə, 8. Hüseyn Cəfərzadə, 9. Pünhan Qasımzadə (k), 11. Bəyoğlan Vəlizadə, 13. Ümüd Qəhrəmanov. Baş məşqçi: İlqar Aslanov.

Kosovo: 1. Lorind Kadriu (q), 7. Erjon Jaşaniça (k), 8. Engjell Mehmeti, 9. Valmir Musoli, 10. Donart Sila; 12. Alton Buguyevçi (q), 3. Lis Berişa, 4. Lision Mehmeti, 5. Hasani Hisen, 6. Ermal Sadiku, 11. Fatos Musliu, 13. Yll Abazi Baş məşqçi: Suad Keçi

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər