Millimizdən Latviya ilə növbəti heç-heçə

Millimizdən Latviya ilə növbəti heç-heçə

Latviyada təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan millisi bu ölkənin yığma komandası ilə növbəti yoldaşlıq oyununu keçirib.

Fanat.Az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə nəticələnib. 

Millimizin heyətində 36-cı dəqiqədə Sevinc Cəfərzadə fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında iyulun 14-də keçirilmiş ilk qarşılaşma da 1:1 hesabı ilə nəticələnmişdi.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər