Millimizdən çətin qələbə - ümidimiz İtaliyaya qaldı

Millimizdən çətin qələbə - ümidimiz İtaliyaya qaldı
Futzal üzrə Avropa çempionatının final mərhələsində II tura start verilib. Fanat.az xəbər verir ki, Serbiyada təşkil olunan turnirdə D qrupunda mübarizə aparan Azərbaycan millisi Çexiya ilə qarşılaşıb.
 
Qrup mərhələsində son matçına çıxan yığmamız üçün bu qarşılaşma həlledici xarakter daşıyırdı. Belə ki, ilk oyunda İtaliyadan 3 cavabsız qol buraxan komandamızın taleyi böyük ölçüdə bu matçdan asılı idi.
 
Komandamız 4 və ya daha çox top fərqi ilə qalib gəlsə, adını 1/4 finala yazdıracaqdı.
 
Olduqca gərgin məcrada keçən qarşılaşmada azarkeşlər 11 qol izləyiblər. Oyun ərzində dəfələrlə hesabda irəli keçən Faustino Peresin yetirmələri hər dəfə üstünlüyü qoruya bilmirdi. Sona 15 saniyə qalmış Rafaelin vurduğu qol isə həlledici olub. 6:5 hesablı qələbə qazanan futzalçılarımız növbəti mərhələyə çıxmaq şansını saxlayıb.
 
Belə ki, əgər qrupun son matçında Çexiya İtaliya üzərində qələbə qazansa, növbəti mərhələyə bu iki komanda yollanacaq. İtaliyalıların qələbəsi və ya bərabərlik halında isə appenlilərin yoldaşı məhz yığmamız olacaq.
 
Avropa çempionatı
Qrup mərhələsi
II tur, D qrupu
5 fevral
Azərbaycan - Çexiya 6:5
Qollar: Rizvan Fərzəliyev, 6, Vitali Borisov, 7, Fieo, 11, Eduardo, 20, Avqusto, 27, Rafael, 40  - Zaruba, 9, Xoli, 12, Reşetar, 16, Novotni, 24, Kovaç, 31
Hakimlər: Admir Zahoviç (Sloveniya), Gerald Bauernfelnd (Avstrita)
Belqrad. “Belqrad Arena”
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər