Millimiz Zaqrebdə kimlərlə təmsil olunacaq?

Millimiz Zaqrebdə kimlərlə təmsil olunacaq?

Sentyabrın 24-dən 26-dək Zaqrebdə keçiriləcək cüdo üzrə Qran-Pri turniri üçün Azərbaycan yığmasının ilkin heyəti açıqlanıb.

Fanat.Az xəbər verir ki, millimiz yarış üçün 5 cüdoçu sifariş edib. 

Bunlar Balabəy Ağayev (60 kq), İbrahim Əliyev (66 kq), Telman Vəliyev (73 kq), Məmmədəli Mehdiyev (90 kq) və İmran Yusifovdur (+100 kq).

Qeyd edək ki, Zaqreb Qran-Prisi Tokio 2020 Yay Olimpiya Oyunlarından sonra "Dünya Turu" seriyası çərçivəsində baş tutacaq ilk turnirdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər