Bu gün qadın voleybolçular arasında Avropa çempionatının II təsnifat mərhələsinin II dövrəsi start götürüb. Fanat.az xəbər verir ki, D qrupun son 3 turuna ev sahibliyi edən Bakıda ilk 2 qarşılaşma baş tutub.
Milli komandasız Yunanıstanı darmadağın edib - 3:0. Eyni hesabla lider Bolqarıstan Portuqaliyaya qalib gəlib. Hazırda yığmamız bolqarlardan bir xal geri qalır.
Qeyd edək ki, qrup qalibləri birbaşa final mərhələsinə, ikinci yerin sahibləri isə pley-offa vəsiqə qazanacaqlar.
AVRO-2015
Seçmə mərhələ
D qrupu, IV tur
29 may
Portuqaliya - Bolqarıstan 0:3 (17:25; 17:25; 19:25)
Hakimlər: Aleksandr Pyasetski (Belarus), Aleksey Skibitski (Ukrayna).
Bakı, Voleybol Mərkəzi.
Azərbaycan - Yunanıstan 3:0 (25:18; 25:21; 25:18)
Hakimlər: Aleksandr Ryabtsov (Rusiya), Nurper Özbar (Türkiyə).
Bakı, Voleybol Mərkəzi.
| 1 | Bolqarıstan | 4 | 3 | 1 | 11-3 | 325-257 | 10 |
| 2 | Azərbaycan | 4 | 3 | 1 | 11-6 | 391-349 | 9 |
| 3 | Yunanıstan | 4 | 1 | 3 | 4-10 | 281-323 | 3 |
| 4 | Portuqaliya | 4 | 1 | 3 | 4-11 | 286-354 | 2 |
Fanat.az