Millimiz Yunanıstana uduzdu

Millimiz Yunanıstana uduzdu

Dünən Bakı Su İdmanı Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar su polosu idman növü üzrə beynəlxalq turnirin yarımfinal oyunları baş tutub. Fanat.az xəbər verir ki, Avropa çempionları Yunanıstan komandası ilə qarşılaşan millimiz gərgin keçən oyunda 7:13 hesabı ilə məşlub olub. 

Digər yarımfinal oyununda isə dünya çempionları İtaliya millisi avropa üçüncüsü olmuş Rusiya vaterpolçularından güclü olub. Bu oyun 12:5 italyanların qələbəsi ilə başa çatıb. 

Beləliklə bu gün Azərbaycan vaterpolçuları Rusiya komandası ilə 3-4-cü yerlər uğrunda mübarizə aparacaqlar. Final matçı isə İtaliya və Yunanıstan arasında keçiriləcək.

Final oyunundan sonra Azərbaycan Üzgüçülük Federasiyasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə vaterpol idman növü üzrə beynəlxalq turnirin qalıblərinin kubok, medal və qiymətli hədiyyələrlə təltif olunması mərasimi keçiriləcək. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər