Qadın voleybolçulardan ibarət Azərbaycan millisi AVRO-2015-in II təsnifat mərhələsi çərçivəsində ikinci oyununu keçirib. Fanat.az xəbər verir ki, Faiq Qarayevin yetirmələri Yunanıstan yığmasını sınağa çəkib.
İlk turda uduzan komandaların duelini bizkilər qazanıb. Yığmamız rəqibini 3:1 hesabı ilə üstələyib. Qrupun digər matçında isə ev sahibi Bolqarıstan Portuqaliyanı quru hesabla yenib - 3:0.
Hazırda Bolqarıstan 6 xalla qrupa başçılıq edir. Millimiz 4 xalla ikinci pillədə qərarlaşıb. Faiq Qarayevin yetirmələri sabah Bolqarıstanı yenərək I dövrəni lider kimi başa vura bilər.
D qrupu
II tur
23 may
Azərbaycan - Yunanıstan 3:1 (25:14, 30:28, 17:25, 25:21)
Hakimlər: Rudina Omari (Albaniya), Boyan Bardiç (Xorvatiya).
Sofiya, Xristo Botev Salonu.
Portuqaliya - Bolqarıstan 0:3 (14:25, 18:25, 21:25)
Hakimlər: Ebru Kaya (Türkiyə), Aleksandr Pavlov (Rusiya).
Sofiya, Xristo Botev Salonu.
| 1 | Bolqarıstan | 2 | 2 | 0 | 6-0 | 150-93 | 6 |
| 2 | Azərbaycan | 2 | 1 | 1 | 5-4 | 205-192 | 4 |
| 3 | Portuqaliya | 2 | 1 | 1 | 3-5 | 157-183 | 2 |
| 4 | Yunanıstan | 2 | 0 | 2 | 1-6 | 128-172 | 0 |
Fanat.az