Başsız millimiz FİFA reytinqində gerilədi

Başsız millimiz FİFA reytinqində gerilədi

FİFA dünya ölkələrinin millilərinin yeni reytinq siyahısını açıqlayıb.

 

 

Fanat.Az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan millisi bir pillə geriləyib. Təmsilçimiz 2019-cu ilin ilk reytinq siyahısında da 1206 xalla 107-ci olmuşdusa, bu ay eyni xalla 108-ci pilləyə düşüb.

İlk onluq isə belədi: 1. Belçika - 1727, Fransa - 1726, 3. Braziliya – 1676, 4. Xorvatiya – 1634, 5. İngiltərə - 1631, 6. Portuqaliya - 1614, 7. Uruqvay - 1609, 8. İsveçrə - 1599, 9. İspaniya - 1591, 10. Danimarka – 1589.

Qonşu Türkiyə yığması 2 pillə geriləyərək 41-ci sırada qərarlaşıb. "Ay-ulduzlular”ın hesabında 1443 xal var. Bu ayın ən yaxşı göstəricisi 38 pillə irəliləyərək 55-ci sıraya yüksələn Qətər yığmasına məxsusdu - 1398 xal. Ən pis göstəriciyə isə 12 pillə geriləyən KXDR imza atıb – 1152 xalla 121-ci yer.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər