Futbol üzrə milli komandamız bu gün beynəlxalq yoldaşlıq oyununda qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, Canni De Byazinin başçılıq etdiyi kollektiv Türkiyə yığmasının qonağı olub.
Alanyadakı Oba stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayıb.
Oyun öncəsi komandaların heyətində itki olmasa da, rəqibin baş məşqçisi Şenol Güneş meydana eksperimental heyət buraxıb. Hesabı gözəl qolla Emin Mahmudov açıb. Abbas Hüseynovdan ötürmə alan Emin usta vuruşla qapı torunu silkələyib. Bununla belə, yığmamız qələbə hesabını qoruya bilməyib. Fasiləyədək iki top vuran rəqib vəziyyəti xeyrinə dəyişməyi bacarıb. Tərəflərin səylərinə baxmayaraq ikinci hissədə başqa qol olmayıb.
Yoldaşlıq oyunu
27 may
Türkiyə - Azərbaycan 2:1
Qollar: Halil İbrahim Dervişoğlu, 34; Kaan Ayhan, 44 - Emin Mahmudov, 28
Hakimlər: Genc Nuza, Fatlum Berişa, Bujar Selimay, Visar Kastrati (Kosovo)
Alanya, Oba stadionu.
Türkiyə: 12. Altay Bayındır, 2. Mərt Müldür, 3. Merih Demiral, 4. Çağlar Söyüncü, 7. Cengiz Ünder, 9. Halil İbrahim Dervişoğlu, 11. Halil Akbunar, 15. Taylan Antalyalı, 18. Rıdvan Yılmaz, 19. Orkun Kökçü, 22. Kaan Ayhan (k).
Ehtiyat oyunçular: 1. Mərt Günok, 23. Gökhan Akkan, 5. Okay Yokuşlu, 6. Ozan Tufan, 8. Kerem Aktürkoğlu, 10. Abdülkadir Ömür, 13. Umut Meraş, 14. Mahmut Tekdemir, 16. Enes Ünal, 17. Efecan Karaca.
Baş məşqçi: Şenol Günəş.
Azərbaycan: 1. Emil Balayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov, 11. Ramil Şeydayev, 13. Abbas Hüseynov, 15. Bədavi Hüseynov, 17. Elvin Cəfərquliyev, 18. Anton Krivotsyuk, 20. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Mehti Cənnətov, 3. Azər Salahlı, 4. Rahil Məmmədov, 6. Vüqar Mustafayev, 9. Əli Qurbani, 10. Murad Xaçayev, 14. Hoccət Haqqverdi, 16. Sərtan Taşkın, 19. Təmkin Xəlilzadə, 21. Toral Bayramov, 22. Rəhim Sadıxov.
Baş məşqçi: Canni De Byazi.
Qeyd edək ki, Azərbaycan millisi bu matçdan sonra iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoldaşlıq görüşləri keçirəcək.
Fanat.Az