Millimiz Türkiyəyə qalib gəldi

Millimiz Türkiyəyə qalib gəldi
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Estoniyanın Parnu şəhərində təşkil olunan Avro Liqanın Super Final mərhələsində çıxışını başa vurub. Fanat.az xəbər verir ki, millimiz bu gün qrupdakı son matçını keçirib.
Komandamız bu dəfə Türkiyə ilə qarşılaşıb. Əvvəlki iki oyunda olduğu kimi, millimizin bu dəfəki matçı da əlavə vaxta gedib. 4:4 hesabıyla bitən görüşdə qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. Daha dəqiq oynayan futbolçularımız qalib gəliblər. Yığmamızın heyətində Comərd Baxşəliyev, Amid Nəzərov, Sabir Allahquliyev və Asif Zeynalov fərqlənib.
Xatırladaq ki, Azərbaycan əvvəlki oyunlarında Rumıniya (5:6) və Çexiyaya (4:5) məğlub olmuşdu.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər