İspaniyanın Torredembarra şəhərində təşkil olunmuş çimərlik futbolu üzrə Avropa Superfinalında Azərbaycan milli komandası 3-cü yeri tutub. Fanat.az xəbər verir ki, millimiz bu nəticəyə Türkiyə üzərində qazanılan qələbə hesabına nail olub.
Millimiz qardaş ölkə təmsilçisini 5:3 hesabı ilə məğlub edib. Amid Nəzərovun dubl etdiyi oyunda hərəyə 1 dəfə Zeynal Zeynalov, Sabir Allahquliyev və Orxan Məmmədov fərqlənib.
Fanat.az