Millimiz Türkiyəni darmadağın etdi,3-cü oldu

Millimiz Türkiyəni darmadağın etdi,3-cü oldu

İranın Kirmanşah şəhərində Dünya Kuboku uğrunda mübarizəyə qatılan sərbəst güləş üzrə Azərbaycan yığması çıxışını başa vurub. Fanat.Az xəbər verir ki, ABŞ-a uduzan millimiz finala vəsiqə qazana bilməyib və 3-cü yer uğrunda görüşdə Türkiyəylə qarşılaşıb.

Amerika təmsilçisiylə 8 çəki dərəcəsində 4:4 hesablı heç-heçə edən pəhləvanlarımız ümumi xal hesabına görə finala həsrət qalıb – 14:20. Qardaş ölkənin yığmasıyla mübarizə isə dramatik alınmayıb. Firdovsi Umudovun yetirmələri 7:1 hesablı qələbəyə sevinərək 3-cü yeri tutub.

 

Finalda meydan sahibi İran ABŞ-la münasibətlərinə aydınlıq gətirəcək.

 

Qeyd edək ki, Azərbaycan indiyədək iki dəfə bu yarışın qalibi olub.

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər