Millimiz Türkiyə yığmasına uduzdu

Millimiz Türkiyə yığmasına uduzdu

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

Fanat.Az xəbər verir ki, yığmamız səfərdə 2-ci qrupda yer alan Türkiyə seçməsi ilə qarşılaşıb.

Matç rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Bolqarıstana minimal hesabla uduzub - 0:1.

24 sentyabr

Türkiyə - Azərbaycan 5:1

Qollar: Ayberk Karapo, 8, 82. Hamza Akman, 11. Burak İnce, 28 - penaltidən . Emir Ortakaya, 77.  -  Nəriman Axundzadə, 44 - pen.

Hakimlər: Helgi Mikael Yonasson, Egill Gudvardur Gudlauqsson (hər ikisi İslandiya), Xristo Hadjiyski (Bolqarıstan)

Dördüncü hakim: Georgi Ginçev (Bolqarıstan)

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər