Millimiz tilsimi qırdı, Rusiyaya badalaq vurdu

Millimiz tilsimi qırdı, Rusiyaya badalaq vurdu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi "AVRO-2017"nin seçmə mərhələsinin növbəti oyununu keçirib. Fanat.az xəbər verir ki, VII qrupda çıxış edən Yaşar Vahabzadənin yetirmələri bu dəfə Rusiyanı qəbul edib.
Yığmamız doğma meydanda uğursuz seriyanı dayandırıb. 3:0 qələbə qazanan Yaşar Vahabzadənin yetirmələri ndə hesabı 11-ci dəqiqədə Kerem Behnke açıb. O, Elşən Abdullayevin ötürməsini qapıdan keçirib. Kerem Behnke 39-cu dəqiqədə Azər Salahlının ötürməsini qola çevirib. 69-cu dəqiqədə isə Camaldin Hocaniyazov Elşən Abdullayevə qarşı kobud oynayıb və hakim penalti təyin edib. Topa yaхınlaşan Elşənin zərbəsi dəqiq olub.
Qeyd edək ki, yığmamız qrupda 2-ci qələbəsini qazanıb. Farer adaları səfərindən 3 xalla ayrılandan sonra ardıcıl 5 dəfə uduzan komandamız uğursuz seriyanı qırıb.
 
AVRO-2017
Seçmə mərhələ
VII qrup
17 noyabr
Azərbaycan - Rusiya 3:0
Qol: Kerem Behnke, 11; 39. Elşən Abdullayev, 69-pen.
Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 4. Adil Nağıyev, 5. Sadiq Quliyev, 7. İlter Taşkın, 8. Elşən Abdullayev, 10. Elnur Cəfərov, 11. Kerem Behnke (9. Fəhmin Muradbəyli, 82), 16. Elvin Camalov (17. Abbas Hüseynov, 63), 19. Məqsəd İsayev (18. Fuad Bayramov, 90), 20. Azər Salahlı.
Ehtiyat oyunçular: 22. Tərlan Əhmədli, 14. Nicat Muxtarov, 15. Cəmil Hacıyev, 21. Tellur Mütəllimov.
Baş məşqçi: Yaşar Vahabzadə.
Rusiya: 1. Anton Mitryuşkin, 2. Vyaçeslav Karavayev, 3. Nikita Çernov, 4. Camaldin Hocaniyazov, 6. Dmitri Barinov, 8. Aleksandr Qolovin, 9. Ramil Şeydayev (20. Andrey Panyukov, 65), 10. Aleksey Mirançuk (7. Aleksey Qasilin, 46), 11. Aleksandr Taşayev (21. Konstantin Saviçev, 58), 17. Yevgeni Kirisov, 19. Sergey Makarov.
Ehtiyat oyunçular: 22. İqor Obuxov, 15. Aleksandr Kleşenko, 13. Vladislav Levin, 18. İqor Konovalov.
Baş məşqçi: Dmitri Xomuxa.
Sarı vərəqələr: Şahrudin Məhəmmədəliyev, 82 - Nikita Çernov, 51. Dmitri Barinov, 60.
Hakimlər: Eytan Şmuelevits, Nissan Davidi, Roy Hassan, Ziv Adler (İsrail).
UEFA nümayəndəsi: Sergiy Lisniç (Moldova).
Hakim-inspektor: Rusmir Mrkoviç (Bosniya və Herseqovina).
Bakı. "Bayıl Arena".

1

Almaniya

4

4

0

0

16-1

12

2

Avstriya

4

4

0

0

15-3

12

3

Finlandiya

5

3

0

2

6-6

9

4

Azərbaycan

7

2

0

5

5-16

6

5

Rusiya

4

1

0

3

5-9

3

6

Farer adaları

4

0

0

4

0-12

0

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər