"Millimiz tənqid olunandan sonra qalib gələ bilir" -  Vaqif Cavadov

"Millimiz tənqid olunandan sonra qalib gələ bilir" -  Vaqif Cavadov

 Futbol üzrə Azərbaycan millisi AÇ 2024-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu səfərdə Estoniya millisinə qarşı keçirəcək.

Oktyabrın 13-də Tallində baş tutacaq matç ərəfəsində yığmanın və "Qarabağ"ın sabiq hücumçusu Vaqif Cavadovla əlaqə saxlayıb qarşıdakı matç barədə fikirlərini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Milli evdə məğlub edə bilmədiyi rəqibi səfərdə yenilgiyə uğratmağa çalışacaq. Bu komandanı məğlub etmək olar və buna əminəm. Çünki hər zaman millimiz istər-istəməz tənqid olunandan sonra toparlana və qalib gələ bilir. İnanıram ki, son oyundakı kimi istək olsa, əzmkarlıq nümayiş etdirsələr, bu oyundan qalib ayrılacaqlar".

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər