Bu gün futzal üzrə Azərbayacan millisi növbəti matçına çıxıb. Fanat.az xəbər verir ki, yğmamız AVRO-2016-nın "pley-off" mərhələsi çərçivəsində Slovakiyanı qəbul edib.
6 xalla qrup mərhələsinin ikincisi kimi "pley-off"a yüksələn Perez Faustinonun yetirmələri 3:1 hesablı qələbə qazanıb. Heaabı komandamızdan Amadeu açıb. Təxminən 4 dəqiqə sonra Anton Brunovski tarazlığı bərpa edib. İkinci yarıda Vitali Borisov millimizi hesabda önə keçirib. Az sonra isə Peter Kozarun avtoqolu slovakları məyus edib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra Trnavada baş tutacaq.
AVRO-2016
Seçmə mərhələ
Pley-off, ilk oyun
15 sentyabr
Azərbaycan - Slovakiya 3:1
Qollar: Amadeu, 06:29. Vitali Borisov, 32:38. Peter Kozar, 33:31 (avtoqol) - Anton Brunovski, 11:31.
Azərbaycan: 12. Rövşən Hüseynli, 8. Rizvan Fərzəliyev (k), 9. Auqusto, 10. Amadeu, 14. Vitali Borisov.
Ehtiyat oyunçular: 1. Emin Kürdov, 2. Samir Həmzəyev, 4. Ramiz Çovdarov, 6. Eduardo, 11. Namiq Məmmədkərimov, 13. Sezar De Angelis, 15. Rafael, 16. Xətai Bağırov, 17. Osa Atayev.
Baş məşqçi: Faustino Perez.
Slovakiya: 1. Peter Brndiar, 5. Qabriel Rick, 6. Tomaş Drahovski, 9. Peter Kozar (k), 13. Anton Brunovski.
Ehtiyat oyunçular: 12. Erik Klema, 3. Duşan Rafay, 4. Adam Zdrahal, 8. Attila Fehervari, 10. Yuray Vişvader, 11. Matuş Kiyğovski, 14. Marek Bahna, 15. Martin Doşa.
Baş məşqçi: Marian Berki.
Hakimlər: Admir Zahoviç, Borut Şiviç, Deyan Nikoliç (Sloveniya).
Bakı. İdman Sarayı.
Fanat.az