Millimiz səfərdə Qazaxıstana məğlub oldu - YENİLƏNDİ

Millimiz səfərdə Qazaxıstana məğlub oldu - YENİLƏNDİ

Azərbaycan yığma komandası UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirib.

Fanat.Az xəbər verir ki, C Liqasının 3-cü qrupunda mübarizə aparan komandamız I turda Qazaxıstanın qonağı olub.

Paytaxt Nur–Sultandakı "Astana Arena"da keçirilən oyunun ilk hissəsi millimizin üstünlüyü ilə keçsə də ikinci yarı komandamız üçün uğursuz başladı. Oyunun 50-ci dəqiqəsində Qazaxıstan seşməsinin hücumçusu Abat Aimbetov oyunda hesabı açıb. Qoldan yeddi dəqiqə sonra rəqibin yarımmüdafiəçisi Asxat Tagiberqenin ötürməsindən sonra Abat Aimbetov yenidən fərqlənib. Mübahisəli epizod VAR sistemi vasitəsi ilə izlənildikdən sonra qapımızdan keçən qol hesaba alınıb. Matç millimizin 0:2 hesablı məğlubiyyəti ilə sona çatıb.

UEFA Millətlər Liqası

C Liqası

3-cü qrup

Qazaxıstan - Azərbaycan 2:0

Qollar: Abat Aimbetov 50, 57.

Qazaxıstan: 12. İqor Şatski. 3. Nuralı Alip, 6. Yeldos Ahmetov, 7. Aslan Darabayev, 8. Asxat Taqıbergen (k) 10. Bauırjan Baytana 11. Yan Voroqovski 13. Bağdat Kairov, 17. Abat Aimbetov 22. Aleksandr Maroçkin, 23. Elxan Astanov

Ehtiyat oyunçular: 1. Bekhan Şayzadə, 15. Məhəmmədcan Seysen, 2. Sergey Malı, 4. Samat Jarınbetov, 5. İslambek Kuat, 9. Artur Şuşenaçev, 14. Vladislav Vasilyev, 16. Qafurcan Suyumbayev, 18. Timur Dosmaqambetov, 19. Mixail Qabışev, 20. Ramazan Orazov, 21. Maksim Samorodov

Baş məşqçi: Məhəmməd Adıyev

Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 6. Höccət Haqqverdi 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 10. Mahir Emreli, 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 22. Aleksey İsayev

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Emil Balayev, 2. Qara Qarayev, 7. Namik Ələskərov, 11. Ramil Şeydayev, 13. Cəlal Hüseynov, 16. Dmitri Nazarov, 17. Toral Bayramov, 18. Bəxtiyar Həsənalızadə, 19. Qismət Alıyev, 20. Riçard Almeyda, 21. Anatoli Nuriyev

Baş məşqçi: Canni De Byazi

Baş hakim: İştvan Vad

Qazaxıstan. Nur-Sultan. "Astana Arena"

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər