Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib.
Fanat.Az xəbər verir ki, komandamız San Marino ilə qarşılaşıb. Çexiyada keçirilən görüş formal xarakter daşıyırdı. Hər iki komandanın aktivində xal olmadığından, qalib gələn tərəf qrupu 3-cü pillədə başa vurmaqla öyünəcəkdi.
Bu qələbə Azərbaycan yığmasına qismət olub. Millimiz iki cavabsız qola sevinib.
Qeyd edək ki, azərbaycanlı futbolçular ilk iki oyunda Norveç (0:1) və Çexiyaya (0:4) məğlub olmuşdular.
Avropa çempionatı
Seçmə mərhələ
VII qrup, III tur
15 oktyabr
San Marino - Azərbaycan 0:2
Qollar: Rüfət Abdullazadə, 22. Tural Bayramov, 50.
Baş hakim: Alan Mario Sant (Malta).
Stovki. "Fridek Mistek" stadionu.
|
1 |
Çexiya |
3 |
2 |
1 |
0 |
11:1 |
7 |
|
2 |
Norveç |
3 |
2 |
1 |
0 |
10:2 |
7 |
|
3 |
Azərbaycan |
3 |
1 |
0 |
2 |
2:5 |
3 |
|
4 |
San Marino |
3 |
0 |
0 |
3 |
1:16 |
0 |
Fanat.Az