Millimiz Rusiyaya uduzdu

Millimiz Rusiyaya uduzdu

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Fanat.az xəbər verir ki, bu dəfə rəqib Rusiya yığması olub.

Oyun millimizin 3:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Futbolçularımızdan Sabir Allahquliyev dubl edib. Bir dəfə isə Ramil Əliyev fərqlənib.

Qeyd edək ki, millimiz bundan əvvəl Dubayda Birləşmiş Ərəb Əmirlikləri ilə yoxlaima oyunu keçirmiş və 2:3 hesabı ilə yenilmişdi. Komandamız BƏƏ-dəki son sınaq matçında Macarıstanla qarşılaşacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər