Millimiz Rusiyaya 12 qol vurdu

Millimiz Rusiyaya 12 qol vurdu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş “Prezident kuboku” turnirinin qrup mərhələsində son oyununu keçirib.

Fanat.Az xəbər verir ki, Rusiya-2 yığması ilə qarşılaşan komandamız böyükhesablı qələbə qazanıb - 12:1. Xaqani Sadıqov 6, Kamran Quliyev isə 4 qol vurub. Hərəyə 1 dəfə İzzət Muştaqov və Məhəmməd Məhərrəmov fərqlənib.

İlk oyunda İran yığmasına 0:3 hesabı ilə məğlub olan, ikinci qarşılaşmada isə Tacikistan komandası ilə 2:2 hesablı heç-heçə edən yığmamız qrupda üçüncü yeri tutub.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər