17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası fevralın 11-dən 13-nə kimi Bakıda təlim-məşq toplanışı keçəcək.
Fanat.Az xəbər verir ki, U-17-nin toplanışı fevralın 14-dən 22-dək Belarusun paytaxtı Minskdə gənclər arasında keçiriləcək "İnkişaf Kuboku" turnirinə hazırlıq məqsədi daşıyır.
Millimiz B qrupunda Rusiya, İran və Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq. A qrupunda isə Belarus, Özbəkistan, Tacikistan yığmaları və Braziliyanın “BSA Akademiyası” komandası çıxış edəcək.
Qrup mərhələsinin oyunlarından sonra fevralın 21-də həlledici görüşlər təşkil olunacaq. Qrup birinciləri çempionluq, ikinciləri üçüncü yer, üçüncüləri beşinci yer, dördüncüləri isə yeddinci yer uğrunda qarşılaşacaqlar. Millimizin heyəti və oyunlarının təqvimi də bəllidir: 1. Rauf Əyyubov - Sabah 2. Elbrus Kərimov - Marset FA (İspaniya) 3. Murad Qurbanov - Zirə 4. Amin Rzayev - Qarabağ 5. Həzrət Səmədov - Sabah 6. Tunar Muradov - Turan Tovuz 7. Tuncay Əhmədov - Marset FA (İspaniya) 8. Fərid Cabbarlı - Zirə 9. Nadir Nəsibli - Marset FA (İspaniya) 10. Muhamməd Çodarov - Marset FA (İspaniya) 11. İbrahim Xəlilov - Sabah 12. Əli Qazibəyov - Qarabağ 13. İmran Suleymanzadə - Zirə 14. Ariz Kərimov - Qəbələ 15. Abdulaziz Cabbarlı - Qarabağ 16. Əhliman Süleymanzadə - Zirə 17. Emil Usubov - Zirə 18. Tunar Rzayev - Marset FA (İspaniya) 19. Əhməd Vəliyev - Qarabağ 20. Əli İbrahim - Qarabağ 16 fevral 16:10. Rusiya – Azərbaycan
17 fevral
12:00. Azərbaycan – İran
19 fevral
14:20. Qazaxıstan – Azərbaycan Qeyd: oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.