Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün ikinci yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, baş məşqçi Bernard Lippert yetirmələrini Qazaxıstanın U-21 yığması ilə görüşdə sınayıb.
Oyun komandamızın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna Kerem Behnken imza atıb.
Qeyd edək ki, bu millimizin Antalyadakı ikinci matçı olacaq. Bundan əvvəl "Antalyaspor"un U-21 komandasını sınağa çəkən futbolçularımız 5:3 hesablı qələbə qazanmışdı. Yanvarın 23-də Sinqapurun A millisini sınağa çəkəcək komandamız ayın 26-da Küveyt U-21-i ilə üz-üzə gələcək.
Fanat.az