Millimiz Qazaxıstana qarşı

Millimiz Qazaxıstana qarşı

Futzal üzrə Azərbaycan millisi bu gün DÇ-2024-ün elit mərhələsində növbəti oyununu keçirəcək.

Fanat.Az xəbər verir ki, futzalçılarımız Astanada Qazaxıstan yığmasının qonağı olacaq. 

A qrupunda yer alan yığma ötən həftə Bakıda məğlub olduğu (2:4) rəqibindən qisas almağa yollanıb. 

IV tur çərçivəsində baş tutacaq və Astanadakı Jekpe-Jek Sarayında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Oyun "CBC Sport" kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, hazırda Qazaxıstan 9 xalla qrupda liderlik edirsə, yığmamız 3 xalla 3-cü pillədə qərarlaşıb.

DÇ-2024, elit-raund mərhələ 11 oktyabr 

18:00. Qazaxıstan – Azərbaycan Hakimlər: Trayan Ençev, Kaloyan Kirilov, İvo Tsenov (hamısı Bolqarıstan) Hakim-isnpektor: Silvo Borosak (Sloveniya) UEFA nümayəndəsi: Morten Engebretsen (Norveç) Astana, Jekpe Jek Arena.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər