Millimiz Norveçə uduzub, sonunucu pillədə qaldı

Millimiz Norveçə uduzub, sonunucu pillədə qaldı
21 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilir. Fanat.az xəbər verir ki, 8-ci qrupda yer alan Azərbaycan yığması da 6-cı matçına çıxıb.
Bernhard Lippertin yetirmələri doğma meydanda Norveçlə qarşılaşıb. Millimiz qrupdakı yeganə qələbəsini ötən il məhz Norveç üzərində qazanmışdı. Qrupda sonuncu yeri tutan yığmamız rəqibini doğma meydanda da yenə bilsəydi, üçüncü pilləyə yüksələcəkdi. Amma komandamız bu şansdan yararlana bilməyib və məğlub olaraq, sonuncu pillədə qalıb. Komandamızın məğlubiyyətinə səbəb olan qola 84-cü dəqiqədə Ohi Kvoeme imza atıb.
AVRO-2015
Seçmə mərhələ
8-ci qrup
1 iyun
Azərbaycan - Norveç 0:1
Qol: Ohi Kvoeme, 84.
Azərbaycan: 1. Andrey Popoviç, 2. Qara Qarayev, 3. Tərlan Quliyev, 5. Elvin Yunuszadə (20. Elvin Həsənalızadə, 46), 8. Taşkın İlter, 10. Abdulla Abatsiyev, 16. Ruslan Tağızadə, 9. Ağabala Ramazanov, 11. Rəşad Eyubov, 21. Samir Masimov (7. Elşən Abdullayev, 63), 23. Məqsəd İsayev (15. Azər Salahlı, 69).
Ehtiyat oyunçular: 22 Şahrudin Məhəmmədəliyev, 17. Rəhman Hacıyev, 19. Mirhüseyn Seyidov, 14. Məhəmməd Qurbanov.
Baş məşqçi: Bernhard Lippert.
Norveç: 1. Aslak Falç, 4. Yonas Qronner, 5. Tomas Qroqaard, 15. Maqnar Odeqard, 3. Ruben Qabrielsen, 7. Fredrik Ulvestad, 8. Daniel Berntsen, 13. Martin Ronninq, 9. Veton Berişa (18. Ohi Kvoeme, 76), 10. Qayas Zahid (17. Elbasan Raşani, 55), 16. Mohamed Elyunussi.
Ehtiyat oyunçular: 12. Sondre Rossbax, 6. Kristian Landu-Landu, 14. Marius Lundemo.
Baş məşqçi: Leyf Qunnar Smerud.
Sarı vərəqə: Fredrik Ulvestad, 57.
Baş hakim: Anatoli Abdula (Ukrayna).
Bakı. "Bayıl Arena".

1. Portuqaliya

6

6

0

0

17-4

18

2. İsrail

5

3

0

2

17-11

9

3. Norveç

7

3

0

4

10-17

9

4. Makedoniya

6

1

1

4

3-8

4

5. Azərbaycan

6

1

1

4

5-12

4

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər