Millimiz Norveçdən boynubükük dönür

Millimiz Norveçdən boynubükük dönür

"DÇ-2018"in seçmə mərhələsinin Avropa zonasında C qrupunda növbəti oyunlar keçirilib. Fanat.Az xəbər verir ki, 7-ci tur çərçivəsində yığmamız da meydana çıxıb.

Robert Prosineçkinin komandası səfərdə Norveç yığması ilə üz-üzə gəlib. Seçmə tsiklə yaxşı başlayan yığmamız Azərbaycanda baş tutan oyunda Norveçi minimal hesabla məğlub etmişdi. Amma səfər oyununda uğurun davamını gətirmək mümkün olmayıb və millimiz səfərdə 0:2 hesabı ilə uduzub. Komandamızdan Bədavi Hüseynov matçın sonlarında qırmızı vərəqə alıb.

DÇ-2018

Seçmə mərhələ

1 sentyabr

 

Norveç - Azərbaycan 2:0

Qollar: Coşua Kinq, 32. Rəşad Sadıqov, 60 (avtoqol).

Norveç: 1. Runye Yarsteyn, 2. Haytem Alesami, 3. Yorgen Skyelvik, 6. Havard Nordveyt, 7. Coşua Kinq, 8. Stefan Yohansen, 9. Aloeksandr Sorlot, 11. Muhammed Elyunisi, 15. Sander Berge, 16. Yonas Svensson, 20. Mots Moller Daehli.

Ehtiyat oyunçular: 12. Sten Qrtebust, 22. Andre Hansen, 4. Siqurd Rosterd, 5. Qustav Valsvik, 10. Tarik Elyunisi, 13. Anders Trondsen, 14. Omar Elabdellaoui, 17. Martin Linnes, 19. Byörn Consen, 21. Birger Melinq, 23. Co İnge Berget.

Baş məşqçi: Lars Lagerbek.

Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 4. Pavlo Paşayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 9. Namiq Ələsgərov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov, 16. Cavid Hüseynov, 17. Mahir Mədətov, 20. Riçard Almeyda.

Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Səlahət Ağayev, 3. Məhəmməd Mirzəbəyov, 7. Araz Abdullayev, 8. Renat Dadaşov, 10. Ruslan Qurbanov, 11. Ramil Şeydayev, 15. Ruslan Abışov, 18. Təmkin Xəlilzadə, 19. Rahid Əmirquliyev, 21. Tərlan Quliyev, 22. Əfran İsmayılov.

Baş məşqçi: Robert Prosineçki.

Qırmızı vərəqə: Bədavi Hüseynov, 90.

Hakimlər: Daniel Stefanski, Robert Marçin Bonek, David Qolis, Bartoş Frankovski (Polşa).

Hakim-inspektor: Con Peter (İngiltərə).

Komissar: Nikolae Kamelia (Rumıniya).

Oslo. "Ulleval” stadionu

1. Almaniya770029-2  21

2. Şimali İrlandiya751114-2  16

3. Çexiya723210-7  9

4. Norveç72148-10  7

5. Azərbaycan72143-11  7

6. San Marino70071-33  0

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər