AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. Fanat.az хəbər verir ki, Azərbaycan yığması səfərdə meydana çıxıb.
H qrupunda yer alan millimizin rəqibi Norveç olub. Oslodakı "Ullevol" stadionunda baş tutan oyunda hesab açılmayıb və millimiz Norveçdən bir xalla dönüb.
Qeyd edək ki, komandalar bundan əvvəl DÇ-1998-in seçmə mərhələsində qarşılaşmışdı. Həmin vaхt evdə 0:1 hesabı ilə yenilən millimiz səfərdə darmadağına üzülmüşdü - 0:5.
Komandamız bundan əvvəl AVRO-2015-in seçmə mərhələsində 5 oyun keçirib. Berti Foqtsun rəhbərliyi altında Bolqarıstan və İtaliyaya 1:2, Xorvatiyaya 0:6 hesabı ilə uduzan komandamız Mahmud Qurbanovun başçılığı ilə evdə Norveçə boyun əymişdi - 0:1. Yığmamız yeganə qələbəsini Robert Prosineçkinin rəhbərliyi altında Malta üzərində qazanıb - 2:0.
AVRO-2016
Seçmə mərhələsi
H qrupu
12 iyun
Norveç - Azərbaycan 0:0
Norveç: 12. Oryan Niland, 2. Tom Hoqli, 3. Even Hovland, 6. Havard Nordveyt, 7. Yoşua Kinq (13. Adama Diomande, 79), 8. Stefan Yohansen, 9. Aleksandr Soderlund (19. Maqnus Eikrem, 68), 11. Martin Edeqor, 14. Omar Əlabdellaui, 15. Per Skyelbred (k) (20. Pan Andre Helland, 55), 21. Veqard Forren.
Ehtiyat oyunçular: 1. Rune Yarsteyn, 4. Steffen Hagen, 5. Aleksandr Tettey, 10. Markus Henriksen, 16. Veqar Hedenstad, 17. Martin Linnes, 18. Havard Nielsen, 22. Andre Hansen, 23. Anders Konradsen.
Baş məşqçi: Per-Matias Hoqmo.
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Bədavi Hüseynov, 11. Ruslan Qurbanov (17. Vüqar Nadirov, 81), 13. Dmitri Nazarov (9. Məhəmməd Qurbanov, 90+3), 14. Rəşad Sadıqov (k), 16. Cavid Hüseynov, 19. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 12. Emil Balayev, 3. Məhəmməd Mirzəbəyov, 4. Pavel Paşayev, 7. Araz Abdullayev, 8. Elnur Cəfərov, 10. Elvin Məmmədov, 15. Ruslan Abışov, 18. Coşqun Diniyev, 20. Cavid Tağıyev.
Sarı vərəqə: Arif Daşdəmirov, 45.
Baş məşqçi: Robert Prosineçki.
Hakimlər: Pavel Gil, Konrad Sapela, Marçin Borkovski, Radoslav Sieyka (Polşa).
Əlavə köməkçi hakimlər: Bartoş Frankovski, Kristof Yakubik (Polşa).
Oslo. "Ullevol" stadionu.
| 1. | Xorvatiya | 6 | 4 | 2 | 0 | 16:3 | 14 |
| 2. | İtaliya | 6 | 3 | 3 | 0 | 9:5 | 12 |
| 3. | Norveç | 6 | 3 | 1 | 2 | 7:8 | 10 |
| 4. | Bolqarıstan | 6 | 2 | 2 | 2 | 7:7 | 8 |
| 5. | Azərbaycan | 6 | 1 | 1 | 4 | 4:11 | 4 |
| 6. | Malta | 6 | 0 | 1 | 5 | 1:10 | 1 |
Fanat.az