19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin heyəti və hazırlıq planı bəlli olub.
Fanat.Az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
Yığmamız yanvarın 27-dən 29-dək Bakıda, yanvarın 30-dan fevralın 6-dək isə Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı keçirəcək.
Millimiz hazırlıq zamanı fevralın 2-də və 5-də Belarusun U-19 yığması ilə iki yoldaşlıq oyunu keçirəcək. Təlim-məşq toplanışına 18 futbolçu dəvət olunub.
1. Mehriban Şahməmmədova - Neftçi 2. Güləsər İsmailova - Gömrükçü 3. Aydan Əkbərova - Baku Juniors 4. Aysel Ziyadova - Qəbələ 5. Ülviyyə İslamova - İnter Xaçmaz 6. Pərişan Abdullayeva - Baku Juniors 7. Səma Həsənli - Qəbələ 8. Vahidə Əlipaşayeva - Baku Juniors 9. Fatimə Əhmədova - Baku Juniors 10. Aydan Həsənova - Neftçi 11. Məsumə Nəzərli - Neftçi 12. Röya Əliyeva - Baku Juniors 13. Mədinə Curuqova - Sabah 14. Mədinə Qadimaliyeva - Sumqayıt 15. Aysu Murtuzayeva - Neftçi 16. Aysel Cumayeva - Balxurma 17. Lalə Abbaszadə - Neftçi 18. Günel Muradova - Qəbələ