Sentyabrın 6-da Malta yığması ilə AVRO-2016-nın seçmə qrup matçında üz-üzə gələcək milli komandamız Bakını tərk edib. Fanat.az xəbər verir ki, yığmamız çarter reysi ilə Maltaya yola düşüb.
Səfərə çıxan heyətdə AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da yer alıb. Sabah komanda üzvləri oyunun keçiriləcəyi Ta Qali Milli Stadionunda ilk və son məşqə çıxacaqlar. Ertəsi gün Bakı vaxtı ilə saat 21.00-da iki komanda arasında qarşılaşma start götürəcək. Matçı Harald Nexlerin rəhbərliyi altında avstriyalı hakimlər briqadası idarə edəcək.
Fanat.az