Maltada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət yığma komandamız bu gün yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, Bernhard Lippert yetirmələrini Malta ilə oyunda sınayıb.
Paoladakı "Hibernians" stadionunda keçirilən qarşılaşmada qalib müəyyənləşməyib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb və matç 0:0 hesabı ilə başa çatıb.
Qeyd edək ki, noyabrın 11-dən Maltanın Valetta şəhərində olan millimiz ayın 4-dən 10-dək Bakıda toplanış keçib. Ayın 9-da A millimizlə yoxlama oyunu keçirən U-21 2:4 hesabı ilə uduzmuşdu.
Yoxlama oyunu
16 oktyabr
18.00 Malta - Azərbaycan 0:0
Qol: Şahrudin Maqomedaliyev, Azad Kərimov, Elvin Bədəlov, Taşkın İlter, Namiq Ələskərov, Bayram Budaqov, Məqsəd İsayev, Azər Salahlı, Samir Məsimov, Dursun Akdağ, Dəniz Topçu.
Paola. "Hibernians" stadionu.
Fanat.az