19 yaşadək futbolçulardan ibarət Azərbaycan və Malta yığmaları arasında yoldaşlıq oyunu keçirilib. Fanat.az xəbər verir ki, matç "Bayıl Arena"da baş tutub.
Yığmamız 4:1 hesabı ilə qələbə qazanıb. Millimizin qollarını İlkin Sadıqov, Ayxan Əsədov, Elnur Cəfərov və İsmayıl İbrahimli vurub.
Qeyd edək ki, bu komandalar arasında növbəti oyun avqustun 7-də "Bayıl Arena"da keçiriləcək və saat 20.00-da başlayacaq.
Fanat.az