Millimiz Latviyayla oynayacaq

Millimiz Latviyayla oynayacaq

Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız Latviya ilə qarşılaşacaq.

 

Qurban Qurbanovun yetirmələri Baltikyanı ölkə təmsilçisi ilə iyunun 9-da üz-üzə gələcək. Yığmamız bu oyunu səfərdə keçirəcək.

 

Qarşılaşmanın keçiriləcəyi stadion və başlanma vaxtı hələlik dəqiqləşməyib.

 

Qeyd edək ki, millimiz növbəti oyununu martın 27-də Makedoniya ilə keçirəcək.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər