Latviyanin Liepaya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Fanat.az xəbər verir ki, millimizin rəqibi Latviya U-19-u olub.
Komandamız 6:0 hesabı ilə qələbə qazanıb. Qolları Emin Zamanov, Mənsur Nəhavəndi, Budaq Nəsirov, Bəhlul Mustafazadə, Vadim Ağarəhimov və Elnur Cəfərov vurub.
Qeyd ki, bu komandalar arasında ilk oyun latviyalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Fanat.az