Millimiz Kosovo və Malta üçün tam heyətlə başlamır

Millimiz Kosovo və Malta üçün tam heyətlə başlamır

 

Millimiz bu gün bir araya gələcək.

 

 

Fanat.Az-ın məlumatına görə, təmsilçimiz Qurban Qurbanovun rəhbərliyi altında ilk məşqinə "Dalğa Arena”da çıxacaq.

 

 

Millətlər Liqasında keçirəcəyi oyunlara (seçməmiz sentyabrın 7-də Bakıda Kosovo, 10-da isə Valettada Malta yığmaları ilə qarşılaşacaq) hazırlaşan komandamız tam heyətlə çalışa bilməyəcək.

 

 

Belə ki, Moldova "Şerif”i ilə Avropa Liqasının pley-off mərhələsinin cavab oyununa hazırlaşan "Qarabağ”ın futbolçuları istirahət edəcək. Həmçinin legionerlər - Almaniya "Ertsgebirge”sindən Dmitri Nazarov, Ukrayna "Aleksandriya”sından Pavel Paşayev, Rusiya "Krılya Sovetov”undan Ramil Şeydayev, Qazaxıstan "Astana”sından Riçard Almeyda Mərdəkandakı məşqə qatılmayacaq. Azərbaycan millisinin ölkə xaricində top qovan üzvləri oynadıqları çempionatların qarşıdakı turunun matçlarından sonra toplanışa qoşulacaq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər