Millimiz İtaliyaya getdi

Millimiz İtaliyaya getdi

Avropa Oyunlarına hazırlaşan boks üzrə milli komandamız İtaliyaya təlim-məşq toplanışına yollanıb. Fanat.az xəbər verir ki, yığmamız 8 gün İtaliyanın Assizi şəhərində yerli boksçularla birgə hazırlıq keçəcək. 

Millimizin məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında toplanışda ikiqat dünya, Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (+91 kq), dünya çempionu Cavid Çələbiyev (56 kq),  Avropa çempionu Salman Əlizadə (49 kq) kimi tanınmış boksçularımız iştirak edir. Bu yaxınlarda Bolqarıstanda keçirilmiş “Strandja” turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxan Elvin İsayev (60 kq) və Lorenzo Sotomayor da (64 kq) toplanışa cəlb olunub. 

Xatırladaq ki, komandamız buna qədər Bakıda Fransa boksçuları ilə birgə hazırlıq keçib. Apreldə isə yığmamız Avropa Oyunlarına test xarakteri daşıyan “İpək Yolu” turnirində mübarizə aparacaq. 

Milli komandamızın heyəti 

49 kq: Salman Əlizadə 

52 kq: Elvin Məmişzadə, Məsud Yusifzadə  

56  kq: Cavid Çələbiyev, Tayfur Əliyev 

60 kq: Elvin İsayev

64 kq: Lorenzo Sotomayor 

69 kq: Tamerlan Abdullayev 

75 kq: Xaybulla Musalov, Kamran Şahsuvarlı 

81 kq: Rauf Rəhimov 

+91 kq: Məhəmmədrəsul Məcidov  

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər