Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda çıxış edəcək Azərbaycan millisinin rəqibləri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, millimiz İspaniya, İsveçrə və Türkiyə yığmaları ilə qarşılaşacaq. Oyunların təqvimini tədim edirik.
7 sentyabr, saat 14.45
İspaniya - Azərbaycan
8 sentyabr, saat 16.00
İsveçrə - Azərbaycan
9 sentyabr, saat 14.45
Azərbaycan - Türkiyə
Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
Fanat.Az