FİFA milli komandaların 2021-ci il üzrə ilk reytinq cədvəlini açıqlayıb.
Fanat.Az xəbər verir ki, siyahını qurumun rəsmi saytı təqdim edib.
Canni De Byazinin rəhbərlik etdiyi yığmamız 1180 xalla 1 pillə irəliləyərək 108-ci sıraya yüksəlib.
Qeyd edək ki, reytinqin ilk 3 pilləsində Belçika (1780), Fransa (1755) və Braziliya (1743) yer alıb.