Millimiz ikinci oyunda da uduzdu

Millimiz ikinci oyunda da uduzdu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Türkiyə yığması ilə qarşılaşan millimiz 2:6 hesabıyla məğlub olub. Futbolçularımızdan Comərd Baxşəliyev və Orxan Məmmədov fərqlənib. Qeyd edək ki, seçmə mərhələ oyunları İtaliyanın Terracina şəhərində təşkil olunub. Xatırladaq ki, İsrailə qarşı ilk matçda millimiz 1:7 hesabıyla uduzub.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər