Millimiz Gürcüstanı, yunanlar Qazaxıstanı darmadağın etdi

Millimiz Gürcüstanı, yunanlar Qazaxıstanı darmadağın etdi
Bu gün Bakıda UEFA-nın İnkişaf turnirinə start verilib. Fanat.az xəbər verir ki, 16 yaşadək qızların yarışının ilk turu böyükhesablı nəticələrlə əlamətdar olub.
 
Belə ki, azarkeşlər iki matçda 15 qol görüb. Yunanıstan Qazaxıstanı 10 cavabsız qolla məğlub edib. Azərbaycan millisi isə Gürcüstan yığmasını darmadağın edib. Komandamız qonşularımızın qapısından 5 cavabsız qol keçirib. Dilge Uyğun dubl edib, Çağla Miray Kanpara, Hatice Özdemir və Vüsalə Seyfəddinova hərəyə bir qol vurub.
 
Qeyd edək ki, sabah keçiriləcək II turda Azərbaycan Qazaxıstanı, Yunanıstan isə Gürcüstanı sınağa çəkəcək.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər