Millimiz Gürcüstanda dünya çempionatına hazırlaşır

Millimiz Gürcüstanda dünya çempionatına hazırlaşır

Azərbaycanın para-pauerliftinq üzrə milli komandası baş məşqçi İlqar İbişovun rəhbərliyi altında Gürcüstanın Bakuriani şəhərində keçirilən beynəlxalq təlim-məşq toplantısında iştirak edir.

Fanat.Az xəbər verir ki, hazırlıq prosesi noyabrın 25-dək davam edəcək.

Təlim-məşq toplanışından sonra millimizin üzvləri noyabrın 26-dan dekabrın 6-dək Tbilisidə keçiriləcək dünya çempionatında güclərini sınayacaqlar.

Dünya çempionatında ölkəmizi Tokio-2020 Yay Paralimpiya Oyunlarının bürünc mükafatçısı Pərvin Məmmədov (49 kq), Zəhra Dadaşova (50 kq), Leyla Kərimova (+86 kq) və Nurlan Babacanov (97 kq) təmsil edəcəklər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər