Millimiz FIFA reytinqində yerində saydı

Millimiz FIFA reytinqində yerində saydı
FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Fanat.Az xəbər verir ki, siyahıda bəzi dəyişikliklər olsa da, Azərbaycan millisi mövqeyini qoruyub. Komandamız siyahının 109-cu pilləsində qərarlaşıb. Nikola Yurçeviçin baş məşqçisi olduğu komandanın hesabında 1191 xal var. Sonuncu dəfə iki ay öncə açıqlanan cədvəldəki mövqeyində qalan milli aktivinə 3 xal əlavə edib.
Buna AVRO-2020-nin seçmə mərhələsindəki iki oyun səbəb olub. Səfərdə Uelsə 1:2 hesabı ilə uduzan, evdə Xorvatiya ilə bərabərə qalan (1:1) milli Farer adaları ilə eyni göstəriciyə malikdir.
Yığmamızın "AVRO-2020"nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya və Macarıstan geriləyibsə, Uelslə Slovakiya irəliləyişə nail olub.
8 (7). Xorvatiya - 1625
23 (24). Uels - 1522
29 (31). Slovakiya - 1493
50 (45). Macarıstan - 1430
Dünyanın ən güclü 10 komandasının siyahısında da yerdəyişmələr olub. İlk "10-luq"da yeni ad olmasa da, komandalar arasında mövqe dəyişiklikləri olub. Belçika liderliyini qoruyubsa, Fransa ikinci pilləni yenidən Braziliyadan alıb.
1 (1). Belçika – 1752
2 (3). Fransa – 1725
3 (2). Braziliya – 1719
4 (4). İngiltərə - 1662
5 (6). Portuqaliya – 1643
6 (5). Uruqvay – 1639
7 (9). İspaniya – 1631
8 (7). Xorvatiya – 1625
9 (8). Kolumbiya - 1622
10 (10). Argentina – 1614
 
Qardaş Türkiyə millisi 1475 xalla siyahıda 1 pillə irəliləyərək, 36-cı yerdə qərarlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər